• Ünvan
  • R. Məmmədov, Sıra 9, Bakı
  • İş saatları
  • B.e. - Şənbə: 10:00 - 19:00
Az | Ру

Ev təmiri zamanı hansı boyalardan istiifadə olunur?

Ev təmiri zamanı hansı boyalardan istiifadə olunur?

Ev təmiri zamanı hansı boyalardan istiifadə olunur?

Ev Təmirində Doğru Boya Seçiminin Rolu

 

Ev təmiri zamanı istifadə edilən boyaların seçimi çox önəmlidir. Ev təmirində doğru boya seçimi etməklə məkanınıza istədiyiniz atmosferi gətirə bilərsiniz. Ev təmiri zamanı düzgün boya seçimi etmək üçün səthin xüsusiyyətlərini,məkanın funksiyasını və şəxsi tələblərimizi nəzərə almalısınız. Boya seçimi zamanı boyanın rəngi mühüm faktordur. İnsanlar adətən boyanın istifadə olunduğu otağa görə boyanın rəngini seçirlər. Ev təmiri zamanı qonaq otağı üçün daha açıq tonlu boya rənglərinə üstünlük verirlərş Məsələn: ağ, mavi və yaşıl rənglərdən istifadə edə bilərsiniz. Bu rənglər zövqə uyğun olaraq dəyişə bilər.

Ev təmiri zamanı boyanın istifadəsində bəzi mühüm faktorlar mövcuddur. Ən vacib faktorlardan biridə boyanın quruma müddətidir. Boyanı səthə vurduqdan sonra bir müddət boyanın qurumasını gözləmək məcburidir. Buna görə də boyanı vurarkən boyanın üzərindəki təlimatlara diqqət yetirmək lazımdır. Boyanın quruma müddəti mühidəndə bilavasitə aslıdır. Mühitin rütubətliliyi, tempraturu və vintilzasiyası əsas faktorlardır. Bu parametrlərdən aslı olaraq ortalama boyanın quruma müddəti 24-48 saat (1-2 gün) nəzərdə tutulur.

Ev təmiri zamanı istifadə ediləcək boyanın keyfiyyəti və qiyməti insanlar üçün ən önəmli məqamdır. Bəzən keyfiyyətli məhsulun qiyməti yüksək ola bilər. Boya seçərkən onun parametrlərinə diqqət yetirmək vacibdir. Boyanın keyfiyyətinə təsir edən faktorlardan biri də istehsalçı ölkədir. Məhsulun dünya miqyasında tanınması keyfiyyət göstəricisidir. Boyanın uzunömürlüyü, qiyməti və əks təsirinin olub-olmaması alıcılar tərəfindən əsas götürülən xüsusiyyətlərdir.

Ev təmiri zamanı hansı növ boyalardan istifadə olunur?

Ev təmiri zamanı müxtəlif növ boya növlərindən istifadə olunur. Boyanın vurulduğu səth və görünüşdən aslı olaraq insanlar ev təmirində müxtəlif cür boyalardan istifadə edirlər. Hər bir növün özünəməxsus xüsusiyyətləri və istifadə sahələri var. Əsasən aşağıdakı boyalar istifadə olunur:

Emulsiya boyalar

Emulsiya boyalar su əsaslı olduqları üçün ekoloji cəhətdən təmiz və az qoxuludurlar. Bu səbəbdən ev təmirində geniş istifadə olunurlar. Həmçinin emulsiya boyalar digər boyalarla nisbətdə tez quruyur. Buda təmir prosesini sürətləndirir. Emulsiya boyaların tətbiqi nisbətən asandır. Fırça,rulon və ya sprey ilə asanlıqla tətbiq edilə bilir. Rahat şəkildə emulsiya boyalarını səthə vurmaq mümkündür. Emulsiya boyalarının istifadəsi çox yönümlüdür. Emulsiya boyalar daxili divarlar,tavanlar və hətta bəzi hallarda xarici səthlər üçündə istifadə edilə bilər.

Emulsiya boyalar yaxşı örtücülük xüsusiyyətinə malikdir. Çox vaxt bir neçə qat tətbiq edildikdən sonra səthi tam örtür. Gözəl görünüş və uzunömürlülük üçün emulsiya boyalarının 2-3 qat vurulması tövsiyyə olunur. Emulsiya boyalarının təmizlənmə prosesi asandır. Quru olduqdan sonra səthdən ləkə və çirkləri nəm bir parça ilə asanlıqla təmizləmək mümkündür. Həmçinin, emulsiya boyaları nəfəslənir. Emulsiya boyaları divarların nəfəs almasına imkan verir, bu da nəm və küf probleminin qarşısını alır. Ümumilikdə bütün bu parametrlər emulsiya boyalarının geniş şəkildə istifadə olunmasını təmin edir.

Emulsiya boyalarının növləri

Emulsiya boyalarınında bir sıra növləri mövcudur. Ən çox istifadə olunan emulsiya boyaları aşağıdakılardır:

  1. Akrilik Emulsiya Boya: Bu növ boya yüksək dayanıqlılığa malikdir və rəngini uzun müddət saxlayır. Daxili və xarici səthlərdə istifadə oluna bilər.
  2. Vinil Emulsiya Boya: Daha hamar bir finiş verir və adətən divar və tavanlar üçün istifadə edilir. Yuyulabilir və aşınmaya qarşı dayanıqlıdır.
  3. Mat Emulsiya Boya: Parıltısızdır və səth qüsurlarını gizlədə bilir. Klassik və sakit bir görünüş üçün idealdır.
  4. Yarı-mat və Parlaq Emulsiya Boya: Daha parıltılı bir finiş verir, təmizlənməsi daha asandır və məkanlara parıltı qatır.

Akrilik Boyalar, Interyer ve Eksteryer Dizayn ucun

Emulsiya boyalarının istifadə sahələri

  1. Daxili Divarlar və Tavanlar: Emulsiya boyalar ən çox daxili divar və tavanların boyanmasında istifadə edilir. Onların tez quruması və az qoxulu olması təmir prosesini rahatlaşdırır.
  2. Uşaq Otaqları: Az qoxulu və zərərsiz olması səbəbilə uşaq otaqlarında da geniş istifadə edilir.
  3. Ofislər və İctimai Məkanlar: Emulsiya boyaların tətbiqi asandır və geniş rəng seçimi təqdim edir, bu da onları ofis və ictimai məkanlar üçün uyğun edir.
  4. Mətbəx və Vanna Otaqları: Suya qarşı dayanıqlı olan bəzi emulsiya boyalar mətbəx və vanna otaqlarında da istifadə edilə bilər.

Emulsiya boyaların istifadəsi həm asan, həm də sərfəli olduğundan, ev təmirində geniş istifadə olunur. Rəng və finiş seçərkən, məkanın xüsusiyyətlərini və istədiyiniz estetikanı nəzərə almaq vacibdir.

Yağlı boyalar

Yağlı boyalar ev təmiri və bəzək işlərində çox istifadə olunan boya növlərindən biridir. Onların xüsusiyyələri, istifadə sahələri və üstünlükləri genişdir. Yağlı boyalar solvent bazalıdır. Yağlı boyalar neft bazalı solventlərlə qarışdırılır bu da onları su bazalı boyalardan fərqləndirir. Yağlı boyalar çox dayanıqlıdır və sərt səthlərdə uzun müddət qalır. Lakin yağlı boyalar su əsaslı boyalarla nisbətdə nisbətən gec quruyur ki, bu da yağlı boyalardan istifadə edilərkən diqqət yetirilməli olan əsas parametrlərdən  biridir.

Yağlı boyalar çox vaxt parlaq və hamar bir səth yaradır, bu da səthin gözəl görünüşünü tənzimləyir. Yağlı boyaların tətbiqi zamanı güclü qoxu yayılır, bu da ventilyasiyanın yaxşı olmasını tələb edir. Ona görə də ev təmirində yağlı boyalardan istifadə edərkən otağın və ya səthin ventilyasiyasına diqqət yetirmək vacibdir. Həmçinin, yağlı boyalar emulsiya boyalardan fərqli olaraq çətin təmizlənir. Yağlı boyalar səthdən fırçalar və alətlər vasitəsilə təmizlənir, su ilə təmizləmək mümkün deyil. Ümumilikdə isə yağlı boyalar uzunömürlülüyü ilə seçilir, buna görə də geniş şəkildə istifadə olunur.

Yağlı boyaların üstünlükləri:

  1. Uzunömürlülük: Yağlı boyalar aşınmaya və zərbələrə qarşı yüksək müqavimət göstərir, bu da onları daha uzunömürlü edir.
  2. Hamar Tətbiq: Yağlı boyalar səthdə çox hamar bir finiş yaradır, bu da xüsusilə qapılar, pəncərələr və mebellər üçün idealdır.
  3. Yüksək Parlaqlıq: Parlaq finişlərdə əla nəticə verir.
  4. Yaxşı Örtücülük: Səthi yaxşı örtür və qüsurları gizlədə bilir.

Yağlı boyaların istifadə sahələri

  1. Qapılar və Pəncərələr: Yağlı boyalar kapılar, pəncərə çərçivələri və digər odun məmulatları üçün idealdır.
  2. Mətbəx və Vanna Otaqları: Suya və nəmə qarşı dayanıqlı olduğu üçün mətbəx və vanna otaqlarında istifadə edilir.
  3. Döşəmələr: Yağlı boyalar beton və taxta döşəmələr üçün istifadə edilə bilər, çünki onlar aşınmaya qarşı dayanıqlıdır.
  4. Metallar: Metalların korroziyadan qorunması üçün də yağlı boyalar istifadə olunur.
  5. Mebellər: Mebel və digər dekorativ əşyaların boyanması üçün uyğundur.

Ev temiri ucun boyalar

Yağlı boyaların tətbiqi

Yağlı boyaların tətbiqi 3 mərhələdən ibarətdir:

  • İlkin mərhələ olaraq hazırlıq mərhələsi qəbul edilir. Hazırlıq mərhələsində. Səthi təmiz və quru olmalıdır. Yağlı boyaların yapışmasını təmin etmək üçün səthi əvvəlcədən zımparalamaq tövsiyə olunur.
  • İkinci mərhələ tətbiq mərhələsidir. Yağlı boyaların tətbiqində fırça, rulon və ya sprey ilə tətbiq edilə bilər. İlk qat tam quruduqdan sonra ikinci qatı tətbiq etmək daha yaxşı nəticə verir.
  • Son mərhələ quruma mərhələsidir. yağlı boyaların quruması daha uzun çəkir, buna görə də səthləri bir neçə saatdan bir neçə günə qədər istifadə etməmək məsləhətdir.

Akril boyalar

Akril boyalar su bazlı, elastik və keyfiyyətli bir boyadır. Onların bəziləri quru bir qat kimi qalmadan əvvəlcə yavaş-yavaş quruyur, buna görə də istifadəçi daha uzun müddət boyamaq imkanına malikdir. İstənilən qabiliyyətdə su ilə incələndiyi üçün, akril boyalar daha da tez qurur və ya yavaş-yavaş qurudulduğunda belə, səthi üzərində yaxşı nüansları qeyd edir.

Akril boyalar yüngül və qatları tez sürülməsi üçün nəzərdə tutulur, buna görə də sənətçilər və rəsmçilər üçün əlverişlidir. Akril boyalar, yağlı boyalara nisbətən çox daha tez quruyur və yağlı boyalardan daha ucuzdur. İstifadəçilər ayrıca akril boyaları geniş bir yüzey üzərində istifadə edə bilərlər, belə ki, kanvas, məxaniki plitkalar, qarışdırılmış medya və s. Ümumiyyətlə, akril boyalar tərəfindən təşkil edilmiş şəkillər çox zərif və detallı olur və yağlı boyaların qənaət və rənglərini də çox yaxşı təqdim edir.

Əlavə olaraq, akril boyalar su ilə qarışdırıla bilər və istənilən konsistensiya və rəng tələblərinə uyğun olaraq dəyişdirilə bilər. Bu, istifadəçilərə istədikləri effektləri yaratmaq üçün geniş imkanlar verir.

Akril boyaların növləri

Akril boyaların bir neçə növü vardır.Akril boyaların növləri parametrlərinə görə bir birilərindən fəqlənir.Onlardan ən çox istifadə olunanları aşağıdakılardır.

  • Standart Akril Boyalar: Bu, ən çox bilinən və istifadə olunan akril boyalar növüdür. Onlar su ilə asanlıqla incələnə bilən sintetik reçinə əsasında olan boyalardır.
  • Ağır Akril Boyalar: Bu növ akril boyalar, daha qalın konsistensiyada olanlardır. Onlar daha yüksək viskozitetdədir və daha qalın qatlar yaratmağa imkan verir. Bu boyalar geniş vurğu və faktura effektləri üçün əlverişlidir.
  • Yumşaq Akril Boyalar: Bu növ akril boyalar, daha incə konsistensiyada olanlardır. Onlar daha maye və yüngül konsistensiya ilə gəlir və daha yumuşaq təbii sənətlər üçün mükəmməldir.

Akrillik sertlesdirici

Akril boyaların istifadə sahəsi

Akril boyaların geniş istifadə sahəsi var.

  1. Rəsm və İllüstrasiya: Akril boyalar, rəsmlər və illüstrasiyalar üçün populyar bir seçimdir. Onlar kağız, karton və ya digər səthlərdə istifadə oluna bilər.
  2. Heykəltəraşlıq və Əsərlər: Akril boyalar heykəltəraşlıqda və əsərlərdə də istifadə olunur. Onlar üzərinə rənglər, faktura və ya səth effektləri əlavə etmək üçün istifadə oluna bilər.
  3. İnterior və Eksterior Dekorasiya: Akril boyalar iç və xarici dekorasiya üçün idealdir. Duvar boyamaqdan abstrakt texnika ilə desenlənməyə qədər müxtəlif dekorativ tətbiqlər üçün istifadə oluna bilər.
  4. İllüstrasiya və Grafika: Akril boyalar, kitab üçün illüstrasiya və ya grafik dizayn üçün istifadə oluna bilər.
  5. Tekstil və Moda: Akril boyalar tekstil üzərində rəngləri yaratmaq və ya modada istifadə oluna bilər. Üzərinə şəkillər, desenlər və ya qrafiklər çəkmək üçün istifadə edilir.
  6. Sənət Təhsili: Akril boyalar, sənət təhsili və sənət terapiyası məqsədi ilə də istifadə olunur. Onlar müəyyən sənət təcrübəsi və öz ifadəsini artırmaq üçün tələb olunur.

Lateks boyalar

Lateks boyalar elastikdir və çatlamağa meyilli deyil.Yuyula bilir və uzun müddət dayanıqlı qalır.Lateks boyalar evlərin təmirində daxili divarlar və tavanlar üçün istifadə olunur.Lateks boyalar su bazalı və keyfiyyətli boya növüdür və geniş əhəmiyyətə malikdir.Lateks boyaların əsası su və lateks polimeridir.Bu onları su ilə asanlıqla incəltdiyiniz və təmizlədiyiniz anlamına gəlir.Həmçinin bu parametrlər daha tez qurumağa kömək edir.Lateks boyalar su ilə asanlıqla təmizlənir.Əsasən daxili dekorasiya və tərkibi onu əlverişli edir.

Lateks boyalar ev təmiri ilə yanaşı, xarici məkanlar üçün də ideal seçimdir. Çatlamağa qarşı davamlı olduqları üçün uzunömürlüdürlər. Bu xüsusiyyət onları daxili və daxiri dekorasiya üçün əlverişli edir. Lateks boyalar müxtəlif cür rəng növlərinə malikdir.Həmçinin lateks boyalar təhlükəsizdir.Heçbir əsk təsiri yoxdur. Lateks boyaların quruma müddətidə çox qısadır.Buda ev təmirində təmir müddətini qısaldır.

Lateks boyaların növləri

Lateks boyalarında bir sıra növləri mövcudur.Hər növ öz parametrlərinə görə fərqlənir.

  1. Standart Lateks Boyalar: Bu, ən çox istifadə olunan lateks boyalar növüdür. Əsasən, daxili dekorasiya üçün nəzərdə tutulmuşdur, lakin bəzi hallarda xarici istifadə üçün də istifadə oluna bilər.
  2. Exteryer Lateks Boyalar: Bu növ, xarici sürətlər üçün nəzərdə tutulmuşdur. Onlar müxtəlif hava şəraitində dayanıqlıdır və yağışa, qərişlərə və UV şüalarına qarşı qoruyur.
  3. Interyer Lateks Boyalar: Bu boyalar yalnız daxili dekorasiya üçün nəzərdə tutulmuşdur. Onlar obyektin iç hissəsində işlədilə bilər və daha az qarşıya çıxan kokulara malikdir.
  4. Gloss Lateks Boyalar: Gloss boyalar, parlaq və ya sıxılmış bir görünüş təmin edən parlak bir finişə malikdir. Əsasən,əlavə parlaqlıq və təbii rənglərin qorunmasına kömək edir.

Mat və parlaq boyalar

Mat boyalar ev təmirində sıx istifadə olunan boyalardandır. Səthdə qüsursuz bir görünüş yaradaraq işıq sansımalarının qarşısını alırlar. Düzgünlük və tək qat qurmaq üçün idealdir və qüsurları gizlədir. Daha doğal və saf bir görünüşə malik olmaları, ev təmirində təhlükəsiz və əlverişli seçim edilmələrini təmin edir. Mat boyalar, iç dekorasiya və sənət işlərində istifadə olunur.

Parlaq boyalar isə səthə parlaqlıq və hamarlıq verir. Çox təmizlənə bilir və dözümlüdür. İşıq və günəş şüalarını yansıdırlar. Daha gözəl bir görünüş yaradırlar və daha yaxşı gizləmə gücünə malikdirlər. Geniş bir rəng sənədi ilə gəlirlər və daha yüksək dayanıqlıdırlar. Tez quruyurlar və sürətlə tətbiq olunmalarına kömək edir. Bu fərqlər gözlənir və müşahidəçilərə seçim imkanı təmin edir.

Mat və parlaq boyaların tətbiq sahələri

Mat ve parlaq boyaların fərqli tətbiq sahələri vardır və hər biri müxtəlif məqsədlər üçün idealdir:

Mat Boyaların Tətbiq Sahələri:

  • İç Dekorasiya: Daxili divarlar, tavanlar və bazalar üçün mat boyalar ən çox istifadə olunan seçimdir. Onlar düz, qürümsüz bir görünüş təmin edir və gözlənilməyən işıqlandırmaları azaltır.
  • Sənət və Rəsm: Mat boyalar, rəsmlər, illüstrasiyalar və sənət layihələri üçün idealdir. Onlar daha təbii bir görünüş təmin edir və ətraf işıqdan sıyrılmağı azaldır.
  • Sənət Təhsili: Mat boyalar, sənət təhsili üçün əlverişlidir. Onlar tələbələrə rənglərin təsnifatını və texnika təcrübəsini öyrətməyə kömək edir.
  • Moda və Tekstil: Tekstil sənətində, mat boyalar rənglərin sabitlənməsinə və müxtəlif effektlərin yaradılmasına kömək edir.
Parlaq boyaların tətbiq sahələri:
  • Daxili Dekorasiya: Parlaq boyalar, daxili dekorasiyada istifadə oluna bilər, amma yənə də çox parlaq və istifadə edildiyi əraziyə uyğun olmalıdır.
  • Mebel və Obrazlar: Parlaq boyalar, mebel və obrazlar üçün populyar bir seçimdir. Onlar yüksək parlaqlıq və estetik bir görünüş təmin edir.
  • Xarici Dekorasiya: Parlaq boyalar, xarici divarlar, pəncərə çərçivələri və qapılar üçün də istifadə oluna bilər. Onlar daha yüksək dayanıqlıq və aşınma yaradır.
  • Yarışma və Gösterilər: Parlaq boyalar, sərgi və yarışmalar üçün istifadə oluna bilər. Onların daha çox diqqət çəkən və gözəl bir görünüşü var.

Ev temiri zamani istifade olunan boyalar

Ev Təmiri Zamanı İstifadə Olunan Boyalar Haqqında Tez-Tez Verilən Suallar

Hansi növ boyalar evin divarları üçün uyğundur?

Evin divarları üçün ən çox istifadə olunan boyalar lateks və yağ əsaslı boyalardır. Lateks boyalar su ilə təmizlənə bilir, qoxusuzdur və tez quruyur. Yağ əsaslı boyalar isə daha davamlıdır və nəmli mühitlər üçün idealdır.

Mətbəx və hamam üçün hansı boyalar daha uyğundur?

Mətbəx və hamam üçün xüsusi nəm və küfə qarşı müqavimətli boyalar məsləhətdir. Bu boyalar adətən lateks əsaslı olur və suya, buxara qarşı daha dayanıqlıdır.

Ən yaxşı boyama üsulu hansıdır?

Divarların hamar bir görünüş alması üçün əvvəlcə divarları təmizləmək və lazım gəldikdə zımpara etmək lazımdır. Boya tətbiq edərkən isə rulon və ya fırça istifadə etmək olar. Daha bərabər nəticə əldə etmək üçün rulon məsləhət görülür.

Boyanın keyfiyyətini necə müəyyən etmək olar?

Boya alarkən, onun markasına, təsdiq edilmiş keyfiyyət standartlarına və müştəri rəylərinə diqqət yetirmək vacibdir. Keyfiyyətli boyalar adətən daha uzun ömürlü və dayanıqlı olur.

Neçə qat boya tətbiq etmək lazımdır?

Adətən, daha yaxşı nəticə əldə etmək üçün iki qat boya tətbiq etmək məsləhətdir. Əvvəlcə astar boya, sonra isə əsas boya tətbiq olunmalıdır.

Boya tətbiq edərkən nələrə diqqət etmək lazımdır?

Boyanı tətbiq edərkən otağın yaxşı havalandırılması vacibdir. Boyanın sıçramaması üçün ətraf mühitə qoruyucu örtüklər sərilməlidir. Həmçinin, boyanın tam quruması üçün kifayət qədər vaxt ayrılmalıdır.

Niyə Məhz Nirlat ?

Nirlat öz sahəsində İsrailin ən böyük və aparıcı sənaye boya şirkətlərindən biridir, tikinti boyaları, toz boyalar və s. sahəsində innovasiya, keyfiyyət və xidmət sahəsində liderdir.