BAKI · COLORSTORM SHOWROOM
AZ · EN
Ana səhifəHaqqımızda.
COLORSTORM · BAKU

Haqqımızda.

Colorstorm boya və örtük materialları sahəsində fəaliyyət göstərən, Azərbaycanın tikinti, dekorasiya və sənaye sektorlarına yüksək keyfiyyətli məhsul və həllər təqdim edən etibarlı şirkətdir.

Şirkətimiz İtaliya, Türkiyə və İsrailin boya sənayesində tanınmış və aparıcı istehsalçıları olan Nirlat, Tambour, Sandeco, Adolin, Invebi və Giolli şirkətləri ilə əməkdaşlıq edir. Bu tərəfdaşlıqlar sayəsində müştərilərimizə dekorativ boyalardan sənaye örtüklərinə qədər geniş çeşiddə müasir, dayanıqlı və funksional məhsullar təqdim edirik.

Məhsul portfelimizə daxili və xarici məkanlar üçün boyalar, dekorativ örtüklər, fasad, taxta, keramika (kafel və metlax) və metal səthlər üçün qoruyucu materiallar, toz boyalar, sənaye örtükləri, səth hazırlama məhsulları, astarlar, mastiklər və digər ixtisaslaşmış həllər daxildir.

Colorstorm fərdi müştərilər, dizaynerlər, memarlar, tikinti şirkətləri, peşəkar ustalar, istehsalat müəssisələri və iri sənaye layihələri ilə əməkdaşlıq edir. Məqsədimiz hər bir layihənin texniki və estetik tələblərinə uyğun düzgün məhsul seçimi, peşəkar məsləhət və etibarlı xidmət təqdim etməkdir.

Biz yalnız məhsul satışı ilə kifayətlənmirik. Müştərilərimizə rəng seçimi, səthin hazırlanması, məhsulun tətbiq üsulu və uyğun örtük sisteminin müəyyənləşdirilməsi üzrə dəstək göstəririk. Təqdim etdiyimiz həllərdə keyfiyyət, davamlılıq, innovasiya, təhlükəsizlik və ətraf mühitə məsuliyyət prinsiplərini əsas götürürük.

Colorstorm — dekorativ boyalardan sənaye örtüklərinə qədər etibarlı tərəfdaşınız.

Sandeco Atracto Decorative surfaces Beton Deco Concrete effect Giolli Antico Riflesso Decorative metallic effect
APPLICATION DIRECTIONS

Məhsulu tətbiqə
görə seç.

Əsas istiqamətlərə birbaşa keçid. Daha az klik, daha aydın seçim.

I/E

İnteryer / Eksteryer

Daxili və xarici səthlər

D

Dekorativ

Dekorativ səthlər

W

Taxta/Mebel

Taxta üçün sistemlər

M

Metal

Metal örtükləri

F

Döşəmə

Döşəmə sistemləri

Bütün istiqamətlər →
OUR BRANDS

Brendlər.

Hər brend öz məhsul xətti və tətbiq istiqamətləri ilə ayrıca təqdim olunur.

SHOWROOM & CONTACT

Showroom-da
canlı seç.

Rəng, faktura və tətbiq sistemi üzrə seçim üçün bizimlə əlaqə saxla.

ÜnvanBakı ş., Abşeron Ticarət Mərkəzi, Sıra 1, Korpus 7, Mağaza 11
Telefon+994 50 247 54 74
E-poçtinfo@colorstorm.az
İş saatlarıHər gün: 09:00 – 18:00