• Ünvan
  • R. Məmmədov, Sıra 9, Bakı
  • İş saatları
  • B.e. - Şənbə: 10:00 - 19:00
Az | Ру

Ən Çox Edilən 10 Səhv Emulsiya İstifadəsi

Ən Çox Edilən 10 Səhv Emulsiya İstifadəsi

Ən Çox Edilən 10 Səhv Emulsiya İstifadəsi

Emulsiya nədir və niyə önəmlidir?

Ev təmiri zamanı “emulsiya” sözünü hər yerdə eşidirsiniz. Əslində emulsiya su əsaslı boya növüdür və xüsusilə divar və tavanların rənglənməsində geniş istifadə olunur. Sadə dildə desək, həm nəfəs alan, həm də daha sağlam bir boya seçimidir. Amma hər işdə olduğu kimi emulsiya tətbiqində də nəzərə alınmalı olan tərəflər var: Düzgün tətbiq olunmadığı halda ən keyfiyyətli emulsiya belə divarda səliqəsiz görüntü və keyfiyyətsiz nəticə verə bilər.

 

Səhv 1: Emulsiyanın düzgün qarışdırılmaması

Çox adam emulsiyanı açdıqdan sonra dərhal istifadə edir, çünki “hazır vəziyyətdədir” deyə düşünür. Əslində isə emulsiya uzun müddət qapalı qalanda piqmentlərlə digər hissəciklər qabın dibinə çökür. Emulsiyanı qarışdırmadan vurduqda rəng bir yerdə açıq, başqa yerdə tünd olur. Bəzən də divarda ləkə və xətt-xətt görüntü yaradır.

Həll: Emulsiyanı ən azı 3-5 dəqiqə qarışdırın. Əgər çox miqdarda emulsiya istifadə edirsinizsə, qarışdırıcı başlıqdan və ya elektrik qarışdırıcıdan istifadə edin. Dibdə qalan hissələrin qarışmasına xüsusi diqqət edin.

 

Səhv 2: Emulsiyanın yanlış səthə tətbiq olunması

Bəzən divar təmizlənmədən, üzərindəki köhnə toz, yağ, nəm və ya çirk qaldığı halda birbaşa emulsiya çəkilir. Nəticədə emulsiya divara hopmur, qabıqlanır, bir neçə həftə içində soyulub tökülməyə başlayır. Əlavə olaraq, səth bərabər olmadığından rəng də qeyri-bərabər görünür.

Həll: Emulsiyadan əvvəl səthi mütləq təmizləyin. Əgər divar çox nəmli və ya köhnə ləkələrlə doludursa, astar çəkmək şərtdir. Beləliklə, emulsiya daha yaxşı yapışacaq və nəticə uzunömürlü olacaq.

 

Səhv 3: Emulsiyaya yanlış nisbətdə su qatmaq

İnsanların çoxu qənaət məqsədilə emulsiyaya həddindən artıq su qatır. Fikirləşirlər ki, nə qədər çox su o qədər çox boya sahəsi. Bu halda emulsiya çox duru olur, divara oturmur və rəng solğun görünür. Digər tərəfdən, az su qatıldıqda isə emulsiya həddindən artıq qalın olur, çəkilməsi çətinləşir, divarda izlər buraxır.

Həll: İstehsalçının təlimatında yazılan miqdardan kənara çıxmayın. Adətən 1 qab emulsiyaya maksimum 5-10% su əlavə etmək tövsiyə olunur. 

 

Səhv 4: Emulsiya üçün lazımi qat sayı gözlənilməməsi

Adətən vaxt və boya qənaəti etmək üçün yalnız bir qat vurmaqla kifayətlənilir. Birinci qat həmişə divara hopur və rəng çox zəif görünür. Bir qatla işi bitirmək tamamlanmamış görüntü yaradır. Bir neçə ay keçdikdən sonra divar tez solur və yamalı təsiri yaradır.

Həll: Ən azı iki qat çəkmək mütləqdir. Qaranlıq rənglər və köhnə divarlar üçün bəzən üç qat da lazım olur. Əsas şərt hər qatın tam qurumasını gözləməkdir.

 

Səhv 5: Emulsiya tətbiqi zamanı havanın və mühitin şərtlərini nəzərə almamaq

Ən çox rast gəlinən səhv isti yay günlərində və ya yüksək rütubətli havada emulsiya çəkilməsidir. Havanın temperaturu çox yüksək olduqda emulsiya çox tez quruyur və divarda izlər buraxır. Rütubət çox olduqda isə emulsiya gec quruyur, divarda ləkələr əmələ gəlir, hətta küf riski artır.

Həll: Emulsiya üçün ideal mühit 20-25°C temperatur və normal rütubət şəraitidir. Emulsiyanı günorta ən isti vaxtlarında çəkməkdən qaçın, daha çox səhər və ya axşam saatlarını seçin.

 

Səhv 6: Emulsiya tətbiqi zamanı düzgün alətlərin seçilməməsi

Fırça, rulon və hətta qarışdırıcı çubuğun keyfiyyəti nəticəyə birbaşa təsir edir. Ucuz və keyfiyyətsiz rulon boya izləri buraxır, fırça isə tüklərini divara yapışdırır.

Həll: İşin başlanğıcında yaxşı alətlər seçmək.

 

Səhv 7: Emulsiya tətbiqində astardan istifadə olunmaması

Çox vaxt emulsiya tətbiqi zamanı astar əhəmiyyətsiz hesab edilir. Əslində astar divar üçün qoruyucu krem kimidir. O, emulsiyanın daha yaxşı yapışmasını, rəngin bərabər yayılmasını təmin edir. Astar olmadan vurulan emulsiya tez də sıradan çıxır.

Həll: Emulsiya çəkməzdən əvvəl mütləq astar tətbiq edin.

 

Səhv 8: Emulsiyanın səhv saxlanma qaydası

Ən çox edilən səhv yarımçıq qalan emulsiyanın sadəcə qapağını bağlayıb kənara qoymaqdır. Amma əgər qab tam möhkəm bağlanmasa və ya günəş altında qalsa, emulsiya tez xarab olur.

Həll: Emulsiya qabını sərin, quru və günəş işığından uzaq yerdə saxlayın. Əgər uzun müddət istifadə olunmayacaqsa, içərisinə bir az nazik plastik təbəqə (streç) qoymaq da faydalıdır.

 

Səhv 9: Ucuz və keyfiyyətsiz emulsiya markasının seçilməsi

Bazarda yüzlərlə emulsiya markası var, amma hamısı eyni keyfiyyətdə deyil. Çox ucuz variantlar cazibədar görünsə də, nəticədə tez solur, qopur və divarda ləkə buraxır. Yaxşı markalar isə bir az baha olsa da, illərlə dayanıqlı qalır. Unutmayın: təmirdə qənaət etməyə çalışanda əslində ikiqat xərc çəkə bilərsiniz.

Həll: Emulsiya seçərkən keyfiyyətə üstünlük verin. Tanınmış və etibarlı markaları seçmək daha məqsədəuyğundur, çünki onlar uzunömürlü, solmayan və divarda ləkə buraxmayan nəticə verir.

 

Səhv 10: Emulsiyanın tətbiqində tez nəticə gözləmək

Emulsiya çəkərkən ən böyük düşmən tələskənlikdir çünki, təmir zamanı hamı istəyir ki, işi tez bitsin. Amma tələskənlik nəticəni korlayır: qurumamış ikinci qatı çəkmək və pəncərəni açmadan havalandırmaq böyük səhvlərə səbəb olur. Əslində isə yaxşı təmirin sirri səbirdir.

Həll: Emulsiya çəkərkən səbrli olun. Hər qatın tam qurumasını gözləyin və otağı yaxşı havalandırın. İşin keyfiyyətli alınması üçün tələskənlikdən qaçmaq lazımdır.

 

Ən çox rast gəlinən səhv

Çox vaxt emulsiyanın ilk qatı çəkilir və nəticə bəyənilmir. Düşünülür ki, problem emulsiyanın keyfiyyətsiz olmasındadır. Amma əslində problem emulsiyada yox, onun tətbiqindədir. İlk qat sadəcə divara baza kimi tətbiq olunur, ikinci qatda isə rəng özünü göstərir.

 

Ümumi məsləhət

Emulsiya tətbiqi sadə, amma diqqət tələb edən işdir. Emulsiya ilə divarı rəngləmək ilk baxışdan çox sadə görünsə də, işin içində onlarca incə detal gizlənir. Emulsiyanı qarışdırmaqdan tutmuş saxlanma qaydasına qədər hər addım nəticəni müəyyən edir. Əgər bütün bu qaydalara əməl etsəniz, həm estetik, həm də uzunömürlü bir təmir əldə edəcəksiniz.

Niyə Məhz Nirlat ?

Nirlat öz sahəsində İsrailin ən böyük və aparıcı sənaye boya şirkətlərindən biridir, tikinti boyaları, toz boyalar və s. sahəsində innovasiya, keyfiyyət və xidmət sahəsində liderdir.